Böyük Britaniyadan olan tədqiqatçılar bildiriblər ki, son illərdə dünyada öz biznesini idarə edən kişilərin sayı ilə müqayisədə qadın sahibkarların sayı daha da artır.
“Medicina” xəbər verir ki, işgüzar qadınların sayının kişi iş adamlarının sayından daha sürətlə artmasının səbəbi araşdırılıb.
Statistikaya görə, son beş ildə Böyük Britaniyada öz biznesini idarə edən qadınların sayı 22%, kişi sahibkarlar isə cəmi 6% artıb.
Bu qadınların psixoloji dayanıqlığının daha da möhkəmlənməsinə dair daha bir sübutdur.
Yeni erada artıq qadınlar daha çox dayanıqlıq nümayiş etdirəcəklər.
Buna səbəb kimi tədqiqatçılar psixoloji və pataloji amilləri önə çəkiblər.
O da göstərilib ki. qadınlar üçün maliyyə mənbəyi tapmaq daha çətindir. Qadınlar üçün nəinki investor tapmaq, hətta öz biznesini qurmaq üçün kredit götürmək də asan deyil.
Aynurə Məmmədova