Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qadınlar 20 yaşdan hansı müayinədən keçməlidir?

  • 2024.03.13 16:57
  • 669 Baxış
Qadınlar  20 yaşdan hansı müayinədən keçməlidir?
Qadınlar müxtəlif yaşlarda müxtəlif tibbi müayinələrdən, hətta çek aplardan keçməlidir.



Gənc qızla artıq ana olmuş qadının risk qrupları da fərqlidir.


“Medicina” xəbər verir ki, 21 yaşdan yuxarı hər qadın müntəzəm olaraq uşaqlıq boynu xərçənginə qarşı PAP test, süd vəzi USM keçməlidir.

40 yaşdan sonra 3 ildən bir mammoqrafiya olunmalıdır.

Qızlar artıq 18 yaşdan heç bir şikayət olmasa da, endokrinoloq, ginekoloq müayinəsi vacibdir.


Süd vəzi və uşaqlıq boynu xərçəngi, hepatit, cinsi infeksiyalar və HİV hər il yoxlanmalıdır.

Qadinlarin boyu,çəkisi, bel ölçüsü, təzyiqi ölçülməlidir.

Hər il kiçik çanaq orqanları və süd vəzilərinin elementar USM müayinəsi yeni törəmələri vaxtında aşkar etməyə imkan verir.

İstər qadın, istər kişi 35 yaşdan sonra qanda iltihab, xolesterin, şəkər, hormonlar analizi verməli, 2 ildən bir rentgen və EKQ-dən keçməlidir. 45 yaşdan sonra mədə və bağırsaq endoskopik yoxlanmalıdır.


Aygün Musayeva