Podmoskovye əyalətinin həkiləri qadından 10 kiloqramlıq şiş çıxarıblar
"Medicina" xəbər verir ki, Rozanov adına xəstəxananın cərrahları qadın xəstədə uşağlığın nəhəng mioması diaqnozu qoyublar.
Törəmə uzun illərdir qadında var imiş, o əməliyyatdan qorxaraq, 15 il bu şişlə yaşayıb və illər ərzində şiş böyüyüb.
Nəhəng şiş 40 həftəlik hamiləlik ölçüsündə idi.
Uşaqlıq bu qədər yükə dözməyərək qanaxma verirdi.
2 saat davam edən əməliyyat zamanı ancaq mioma xaric edilib. Onun xoşxassəli olduğu bildirilib.
Aygün Musayeva