Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qadının ürəyi 5 dəfə dayandı

  • 2023.02.14 15:28
  • 1835 Baxış
Qadının ürəyi 5 dəfə dayandı

Moskvada xəstəxanaya gətirilən qadının ürəyi ard-arda 5 dəfə dayanıb.

"Medicina" xəbər verir ki, 56 yaşlı qadın ürək dayanması ilə xəstəxanaya gətirilib.

Reanimasiyada qadının ürəyi 2 dəfə işə salınıb, amma 30 saatdan sonra yenə dayanıb. Bir gün sonra daha iki belə hadisə baş verib.

Altıncı gün onun vəziyyəti stabilləşib. Xəstədə ürək çatışmazlığı aşkar edilib. Yeni ürək dayanmalarının qarşısını almaq üçün portativ defibrilator taxılıb.

Tibdə nadir də olsa klinik ölüm keçirən xəstələr yenidən həyata qaytarılıb.


Aygün Musayeva