Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qadının şikayətinə önəm vermədilər, xərçəngi gec tapdılar – Həkim səhvi

  • 2019.08.24 19:35
  • 8097 Baxış
Qadının şikayətinə önəm vermədilər, xərçəngi gec tapdılar –  Həkim səhvi
42 yaşlı qadını 1 il sidik yolu infeksiyasından müalicə etdilər, sonda məlum oldu ki, onda yumurtalıq xərçəngi var imiş və xəstəlik irəliləyib.


Medicina.az xəbər verir ki, 52 yaşlı britaniyalı Heydi Krouford gecələr tez-tez sidiyə çıxması səbəbindən həkimə gedir. Xəstəxanda sidik yolu infeksiyasından şübhələnib, ona antibiotiklər yazırlar.


Lakin müalicə təsir etmir, əksinə ağrılar artırdı. Getdikcə qarın, bel ağrıları, ürəkbulanma başladı. Yalnız bundan sonra qadını KT edib, yumurtalıqda şiş aşkarlanır. Xəstəlik artıq 3-cü dərəcəni keçmişdi və 1 il vaxt itirmişdi


Əməliyyat və kimyaterapiyalardan sonra remissiya əldə olunub.

Qadın deyir ki, mən vaxtında həkimə müraciət etsəm də onlar saymazyana yanaşıb, ciddi müayinə etmədilər, beləcə məni ölümlə üz-üzə qoydular.