Gözəl cinsin əksəriyyəti bu elementin çatışmazlığı ilə yaşayır. Dəmir çatışmazlığı qadının qocalmasını sürətləndirir, onu gənclikdən, sağlamlıqdan və gözəllikdən məhrum edir.
“Medicina” xəbər verir ki, Dietologiya və Pəhriz Terapiya İnstitutunun direktoru, tibb elmləri doktoru Mixail Ginzburq müsahibəsində bildirib.
Dəmir qadınların alması lazım olan ən vacib elementlərindən biridir. Mütəxəssisin fikrincə, yetkin qadınların əksəriyyəti lazımi miqdarda lazım olan maddəni almır. Eyni zamanda, onların sağlamlığının, psixoloji sabitliyinin, xarici cəlbediciliyinin və gəncliyinin bir çox aspektləri ondan asılıdır.
Həkim bildirib ki, dəmir çatışmazlığını aşkar etmək üçün ümumi analiz kifayət deyil. Ferritin testi də lazımdır.
Eni zamanda dəmir çatışmamazlığı anemiyanın inkşafına gətirib çıxardacaq. Anemiya başlamazdan əvvəl çox vaxt keçir və bu dövrdə dəmir çatışmazlığı qadın orqanizmində müxtəlif pozğunluqlara səbəb ola bilər.
Simptomlara gəlincə isə solğunluq, sürətlə meydana gələn yorğunluq, daimi apatiya ilə aşağı enerji səviyyəsi, depressiv emosional vəziyyət, narahatlıq, dərinin sürətli qocalması kimi özünü biruzə verir.
Qadınlar vaxtaşırı dəmir əlavələrinə ehtiyac duyurlar. Belə ki, bədənləri qida ilə qəbul etdiyindən daha çoxunu itirir. Yəni vitamin qəbulu həkim göstərişi ilə vacibdir.
Aygün Musayeva