Almaniyada cərrahlar tibdə ilkə imza atıblar.
"Medicina" xəbər verir ki, qadının qolunda yetişdirilən qulağın transplantasiyası uğurla həyata keçirilib.
Ağır yol qəzasında sol qulağını itirən qıza protez qulaq tövsiyə olunur. Böyük kompleks yaşayan pasiyent riskə gedərək, ilk dəfə keçiriləcək qulaq transplantasiyasında təcrübədə iştirak etmək qərarı verir.
Bunun üçün qadının qabırğasının qığırdaq hissəsindən toxuma alınıb. Bu toxumalar onun ön qolunun dərisinin altına yerləşdirilib və orada inkişaf etməyə və qulaq şəklini almağa başlayıb. Mütəxəssislər əməliyyat nəticəsində qadının eşitmə qabiliyyətinin zədələnmədiyini bildirib.
Aygün Musayeva