Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qadının özünə qarşı allergiyası yarandı – Kuryoz olay

  • 2023.12.14 17:15
  • 1250 Baxış
Qadının özünə qarşı allergiyası yarandı  – Kuryoz olay

Böyük Britaniyadan olan qadın dərisində səpki və qabıqlama şikayətləri ilə həkimə müraciət edib.

“Medicina” xəbər verir ki, 20 yaşlı Bet həkimlərin onda qəribə xəstəlik tapdığını açıqlayıb.


Belə ki, qızın bədəni demək olar, hər şeyə neqativ reaksiya verir.
Hətta gülmək və ağlamaq da onu sanki “yandırır”.

Həkimlər tibbə məlum olmayan xəstəliyi “özünə allergiya” adlandırıb.

Qızın öz emosional reaksiyasına allergiya baş verir.

Problem hələ 15 yaşı olarkən başlamışdı. Bir səhər qız üzü-gözü səpki içində oyanmışdı.

“Bağırsağım, böyrəklərim demək olar ki, işləmir. Mən nə edirəmsə, bədənimə təsir edir. Çox
gülmək, ağlamaq, stress olmaz, dərim dərhal alışıb yanır.

Tez-tez huşumu itirirəm, daim yanımda kimsə olmalıdır. Qidaların çoxu allergiya yaradır”.


Aygün Musayeva