Çin Tibb Elmləri Akademiyasının plastik cərrahiyyə klinikasına gələn qadın gözdə və üzdə ağrı, görmənin pozulmasından şikayətlənib. Həkimlər onu müayinə edərkən ağıllarına gəlməyən vəziyyətlə üzləşiblər.
“Medicina” xəbər verir ki, pasiyent üz dərisinin, yumşaq toxumalarının və sümüklərinin birtərəfli atrofiyası ilə xarakterizə olunan Parri-Romberq sindromundan əziyyət çəkirdi.
Əslində, plastik cərrahlardan xəstənin üzünün simmetriyasını düzəltmək tələb olunurdu. Lakin müayinə zamanı həkimlər göz almasının arxasında 5 ədəd kontakt linza tapdıqlarına təəccübləniblər.
Qadın həmişə sadəcə olaraq linzalarını itirdiyini güman edib. Əslində isə linza gözün arxasına keçib.
Xoşbəxtlikdən linzalar uğurlu əməliyyatla xaric edildi, əgər uzun müddət yad cisimlər gözün arxasında qalsaydı, tamamilə kor ola bilərdi.
Aygün Musayeva