Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qadının dərisi altından 15 sm-lik qurdlar çıxarıldı

  • 2023.07.13 17:57
  • 1292 Baxış
Qadının dərisi altından 15 sm-lik qurdlar çıxarıldı
Rusiyanın Omsk vilayətində həkimlər qadının ağcaqanad dişləməsindən sonra dərisinin altında 15 sm – lik böyümüş parazit aşkar ediblər. İlk öncə lipoma olduğu düşünülsə də, müayinələrdən sonra parazit olduğu təyin edilib.


“Medicina” xəbər verir ki, hadisə bu ilin may ayında baş verirb. Qadın qarının yan səthində ağrıdan şikayətlənib. Həkimlər xoşxassəli formalaşmadan şübhələnsələr də, yalnız əməliyyat zamanıdərinin altında məskunlaşan nəhəng paraziti aşkar ediblər.


Omsk sakini, böyüdükdə qırmızıya çevrilən şişkinlik müşahidə etdikdən sonr Rusiya FMBA-nın Qərbi Sibir Tibb Mərkəzinin klinikasına gəlib.


Həkim – cərrah Elina Qafantulinanın sözlərinə görə, bunun ateroma, sadə sözlə lipoma olduğunu güman etmişdilər. Bu əməliyyatın məqsədi irinli ateromanı açmaq idi, lakin nəticədə təxminən 15 santimetr uzunluğunda bir parazit görüblər. Epidemioloqla məsləhətləşmədən sonra parazit identifikasiya üçün laboratoriyaya göndərilib, burada dirofilarioz diaqnozu təsdiqlənib.

Rospotrebnadzorun məlumatına görə, Rusiyada hər il 300-500 dirofilariaz infeksiyası qeydə alınır.

Aynurə Məmmədova