Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qadının burnunda diş çıxdı - FOTO

  • 2017.10.31 10:30
  • 19056 Baxış
Qadının burnunda diş çıxdı -  FOTO
Çinin Çanşa şəhərində 57 yaşlı qadının burnundan diş çıxarılıb.


 

Medicina.az xəbər verir ki, qadının son bir neçə il ərzində burnundan tez-tez qan açılırmış. Qadın isə burnunda rinit(selikli qişanın soyuqlması) xəstəliyinin olduğunu düşünüb.

 

Həkimlər müayinə  zamanı qadının burnunun sağ deşiyində daşa bənzər yad cisim müəyyən ediblər. Ancaq əməliyyat apararkən məlum olub ki, çinli xanımın burnunun içində diş bitib. Diş çıxarıldıqdan sonra onun burnundakı qanaxma da kəsilib və şikayətləndiyi şişkinlik də aradan qalxıb.

 

Qadının burnunda diş çıxdı -  FOTO