Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qadının böyrəyindən 300 daş çıxarıldı – Həkimlər şokda

  • 2023.12.18 18:26
  • 804 Baxış
Qadının böyrəyindən 300 daş çıxarıldı  – Həkimlər şokda

Tayvanlı həkimlər xəstəxanada güclü ağrılarla daxil olan qadının böyrəyindən nə az, nə çox 300 daş çıxarıb. Daşların ölçüsü 5mm-dən 2 sm-ə qədər olub.


“Medicina” xəbər verir ki, qadın adi su əvəzinə həmişə şirin çay və şirin qazlı içkilər içdiyini etiraf edib.


Həkimlər bildirib ki, bu vərdiş xroniki susuzlaşmaya və mineralların böyrəkdə toplanmasına səbəb olub.

Böyrəkdə daş əslində müxtəlif tip minerallar deməkdir. Onların yaranma səbəbi var. 50% hallarda qidalanmadan qaynaqlanır.

Bir qismi genetik səbəbdən və infeksion xəstəliklərdən olur.

Böyrəkdə daş yaranması o deməkdir ki, orqanizmdə ya həddən artıq çox mineral var, ya da lazımi maddələr çatışmır. Belə ki, ya çox miqdar kalsium hasil olur, ya da sitrat çatışmır.

Az su içənlər, qəhvə içənlər, duzlu yeyənlərdə də daşlar yaranır.

Orqanizmdə, qanda kalsium yetməzliyi böyrəkdə daşlar yaradır. Mütləq bu barədə həkimdən tövsiyə alın.

Aygün Musayeva