Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qadının ağzında kiprik çıxdı – Kuryoz olay

  • 2020.02.07 18:03
  • 3876 Baxış
Qadının ağzında kiprik çıxdı –  Kuryoz olay

Bu unikal kliniki hadisə İtaliyada olub. 25 yaşlı qızın ağız boşluğunda damaqdan xırda kipriyə bənzər tükcüklər çıxır.

Medicina.az xəbər verir ki, Kampani Universitetinin həkimləri bu olayı incələyib.

Pasiyent üzündə və boynunda aşırı tüklənmə ilə bağlı ilk dəfə 15 yaşı olanda həkimə müraciət edibmiş.

Müayinə göstərdi ki, qızın nəinki bədən səthində, həmçinin daxilində də tüklər çıxır. Belə ki, qızın üst damağında ön dişlərin arasında nazik kipriyə bənzər qəhvəyi tüklər çıxıb.

Tibbi ədəbiyyatda bu vaxta kimi cəmi 5 dəfə belə fakt olub. Tibdə buna gingivial qirsutizm adlanır.

Bütün bu faktların səbəbi tapılmayıb. Beş faktın beşi də bu vaxta kimi oğlanlarda rast gəlinib, qızda aşkarlanma faktı ilk dəfə idi.

Ginekoloji müayinələr nəticəsində qıza yumurtalıqların polikistozu diaqnozu qoyulub, onda kişi hormonu testosteron normadan yüksək idi. Bu da yumurtalıqlarda çoxsaylı kistlərə səbəb olur.

Bu sindromun bir əlamətlərindən biri də xəstənin təkcə xaricən yox, daxildə də tüklənməsi ola bilir.

Xəstənin ağzındakı kipriklər çıxarıldıqdan sonra ona hormonal terapiya təyin olunur, hələcəkdə yenidən tüklərib çıxıb-çıxmaması məlum deyil.