54 yaşlı qadın toyuq hinindən yumurtaları yığarkən, xoruz hücum çəkərək, topuq və ayağından bir neçə dəfə dimdik vurub.
Bu hücum güclü qanaxmaya səbəb olub, qanı saxlaya bilməyən qadını xəstəxanaya çatdırıblar.
Medicina.az xəbər verir ki, qanaxmadan xəstə ölüb. Həkimlər müayinə edərkən görüb ki, xoruz tərslikdən ən iri və güclü qan axını olan venanı deşib. Qadın həm də diabet imiş.
Belə hadisələr, risklər nadir halda da olur. Daha çox ürək-damar xəstəlikləri olan xəstələrdə letal sonluq qeydə alınır.
Bu onu göstərir ki, hətta kiçik ev heyvanları belə insanın ölümünə səbəb ola bilər.