Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qadında kişi hormonunun çoxaldığını göstərən əlamətlər - SİYAHI

  • 2020.03.05 18:11
  • 25655 Baxış
Qadında kişi hormonunun çoxaldığını göstərən əlamətlər  - SİYAHI

Kişi hormonu olan testosteron kişilərdə yüksək səviyyədə olması onlara nə qədər baş ucalığı gətirirsə, qadınlarda bu hormonun artması bir o qədər problemlər yaradır. Təbiətən qadın orqanizmində az da olsa testosteron olur. Bəzən müəyyən faktorlardan bu hormon normanı aşır. O zaman qadın bədənində qəribə dəyişikliklər başlayır.

Medicina.az qadında kişi hormonu yüksəlməsinin 5 əlamətini təqdim edir:

1. Kökəlmə - Qadın hormonlarının azalması sayəsində artıq çəki, xüsusən qarın, bel nahiyəsinin piylənməsi başlayır. Testosteron artıqlığı zamanı kökəlmə bədən qadin siluetini itirir, alma forması alır, yəni yumrulaşır, yuxarı hissə kökəlir, ayaqlar isə nazik qalır.

2. Səbəbsiz halsızlıq, yorğunluq

Nəinki adi yorğunluq, güclü apatiya, bədənin tonusunun olmaması, əzələ boşluğu, qadının intelektual, əqli, fiziki, seksual gücününü azalması, heysizliyi testosteronun artdığını göstərə bilər

3. Tüklənmə

Ən bariz əlamətdir. Kişi tipinə uyğun cod tüklənmə baş verir: bığ, çənəaltı hissə, qarın, döş qəfəsində tüklər artır.

4. Səsin kallaşıb, qalınlaşması

5. Aybaşının pozulması, azalması, qəfil kəsilməsi

- Bu artq ciddi siqnaldır. Testosteron çox yüksək ola bilər.