Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qadına intim həzz almağa mane olan 5 səbəb – Hansı həkimə getməli?

  • 2019.05.31 16:15
  • 116833 Baxış
Qadına intim həzz almağa mane olan 5 səbəb –  Hansı həkimə getməli?
Yer üzündə yaranmış canlı və bioloji varlıq növlərinin demək olar hamısı cinsi əlaqə prosesi keçir və bu yolla çoxalır. 

Amma hər canlı bu prosesdən həzz almır. Belə xoşbəxt varlıqlar sırasına insan da daxildir. İnsanlar içində isə qadınlar həmişə bu məsələdə problemlərlə qarşılaşır. 


Qadın libinin mürəbbəbliyi və onda həzz prosesinin kişidən kökündən fərqlənməsison zamanlar qadınlarda orqazm problemini qabardıb və bu problem təkcə qadına yox, onun kişi partnyoruna da fiziki və mənəvi sıxıntı verir.


Medicina.az qadın orqanizmində cinsi həzzə mane olan 5 tibbi səbəbi araşdırıb. Güman olunur ki, məhz bu səbəblər qadını bu həzzdən məhrum edir. Bəs hansı hallarda artıq bunu xsırf sağlamlıq problemi kimi qəbul etməli və hansı həkimə getməli?


1.Problem beyindədir


Psixika, beyin qadını nəinki intim həzzdən uzaq sala, hətta intim əlaqədən nifrət etdirə bilər. 


Burda 2 amil rol oynayır:


-Qadının özündən narazılığı

-Qadının kişidən narazılığı


Əgər nə vaxtsa qadın intim əlaqə zamanı və öncə qarşı tərəfdən özünə qarşı lazımi diqqət, tənqid, bədəninə görə istehza, narazılıq görübsə, o illərlə özündən narazılığı aşa bilməyib, yataq görəndə kompleksə düşəcək.


Bəzənsə qarşı tərəf-kişi onun qəbul etmədiyi tip olur. Ailə və ya başqa məcburiyyətlər o kişi ilə intim münasibəti labüd edirsə, qadın bu münasibətdə könülsüz iştirak edib, heç bir hiss keçirməyəcək.


2.İnamsızlıq, şübhə


Əgər cütlük bir-birinin yanında narahatlıq keçirirsə, münasibətlərdə inam, etibar hissi yoxdursa, kişidən gündəlik həyatda diqqət görülmürsə və ya kişi çox qadınla əlaqə olub bunu gizlətmirsə, bir neçə dəfə xəyanət faktı olubsa, bu zaman qadında orqazmdan söhbət gedə bilməz.

 

Bəzi qadınlar kişinin səliqəsindən, bədən qoxusundan narazıdır, bəziləri kişinin ona hansısa cinsi infeksiya keçirməsindən qorxur. Eləcə də hamilə qalmaq qorxusu, qorunmağa həssaslıq qadının beynini intim əlaqə zamanı oyaq və ayıq saxlayıb, normal həzz almağa mane olacaq. Qadın kişidən nə qədər arxayın olarsa, bir o qədər hisslərə təslim olur. 

 


3.Xarici amillər  

Kişilərə bu amillər nə qədər az mane olsa qadınlar üçün bəlkə də birinci səbəbdir: ümumi evdə, qaynana, qaynatalı evdə yaşamaq, qonşu otaqdan səs, uşağın oyanması, telefon zəngi, hətta ev heyvanı kimi amillər kifayətdir ki, qadın hətta əlaqəni yarıda kəssin. 


Bu kimi amillərdən qadının narahat olmaması artıq kişinin davranışından, vaxtında müdaxiləsindən asılıdır. Özünü yox, qadını düşünən kişi bütün bu kənar siqnalları qadından öncə tutub, onu sakitləşdirməli, onun fikrini yayındırmalı, prosesin kəsilməməsi üçün ayıq-sayıq olmalıdır. Elə bilməyin ki, bu qadınların kaprizidir. Xeyr, bu qadının çox mürəkkəb təbiəti və fiziologiyasının xüsusiyyətidir. Qadını ram etməyi bacaran kişi onun fikrinin yayınmaması üçün heç bir şans qoymur, kənar siqnalların qadına çatmaması üçün çalışır və bu hərəkətləri ilə qadının gözündə ucalır.


4.Sağlamlıq problemləri


Hormonal, ginekoloji, sinir, nevroloji problemlər intim sferada harmoniya yarada bilməz. İntim əlaqəni ağrılı, xoşagəlməz edən çox sayda faktor var. Qadın orqanizmi kişidən fərqlidir. Adi bakterial infeksiya, hormonal disbalans belə qadını soyuqlaşdırır. Belə hallarda ilk növbədə ginekoloq, daha sonra endokrinoloq və nevroloqa müraciət olunmalı. Lazım gələrsə, cütlük ikisi də müalicə almalıdır.

 

Müalicə dövründə intim əlaqədən uzaq durmaq, belə deyək, qadına sakitlik, fasilə vermək lazımdır. Bunu başa düşməyən və vecinə almayan kişi ilə nə vaxtsa cinsi həzz almaqdan söhbət gedə bilməz.

 


5.Əsas faktor – qadının bədən və fiziologiyası 


Çox zaman qadınlar orqazm hiss etmədikdə bununla barışır və özlərini frigid kimi qəbul edir. Bu onların səhvidir. Çox zaman nəsələ heç frigidlikdə yox, ehtiraslanmamaqdadır. Nahaq yerə demirlər ki, soyuq qadın yoxdur, bacarıqsız kişilər var. Amma kişiləri də qınamaq olmur. Onlara görə sadə bir prosesin bu qədər mürəkkəb olması anlaşılmazdır. İllərdir alimlər qadın bədəni, beyni və hissiyatını incələməklə məşğuldur, amma dəqiq bir nəticə yoxdur. Hər bir qadın fərdidir. Biri sadəcə bir öpüşdən başını itirirsə, digəri saatlarla nəvazişdən belə heç nə hiss etmir.

 

Amma hər bir qadın nədən həzz ala biləcəyini bilir. Əgər qadınlar utanmadan bunu partnyora desə, kişi də çəkinmədən bunu etsə, onda yer üzündə narazı insan qalmaz. Qadının genital orqanlarının yerləşməsi, forması və strukturu də cinsi həzzə təsir edir. Hətta qadının sidik kanalı və uşaqlıq yolunun toxumasının nazik və qalın olması belə çox şeyi dəyişir. 


Libidin səviyyəsi də qadından asılı olmadan təbii olaraq,az və ya çox ola bilər. Belə hallarda yenə də bütün fizioloji məqamları incələyib, kişi və qadın öz üzərlərində təcrübələr apararaq bu maneələri necə aşa biləcəklərini sınamalıdır. Bu məqamda kişidən də çox şey asılıdır. Həkimlər və alimlər əgər intim partnyorun səni qane etmirsə, dəyiş deyir. Amma Azərbaycan reallığında bu mümkün olmadığı üçün  qadının seksoloq, psixoloq və həkimə gedib özünü xilas etməsindən başqa yolu qalmır.

 

 


Qadına intim həzz almağa mane olan 5 səbəb –  Hansı həkimə getməli?
Qadına intim həzz almağa mane olan 5 səbəb –  Hansı həkimə getməli?