Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qadın xəstəliyi səbəbindən “vampirə” çevrildi

  • 2024.05.08 19:17
  • 1460 Baxış
Qadın xəstəliyi səbəbindən “vampirə”  çevrildi

43 yaşlı amerikalı Cenifer Spitser gün işığından çıxmamağa başlayıb.


“Medicina” xəbər verir ki, qadın qeyri-adi nadir sindrom səbəbindən “vampir” həyatı yaşamağa məcburdur. O, sarımsaqdan qorxur, güzgülərə baxa bilmir, günəşdə özünü pis hiss edir.


O, ilk dəfə 2023-cü ildə gün işığından qorxduğunun fərqinə varıb. Gün altında onun gözü ağrıyıb və bədəni səpib.

“Gün işığı məndə əsmə, titrəmə yaardır. Bu zaman qaranlığa çəkilib uzanıram.
Heç bir geyim, SPF krem məni qorumur.
Eləcə də bu simptomları sarımsaq artırır. Evdəki bütün güzgüləri də çıxarmşam.

Çünki özümə baxa bilmirdim. Üzüm səpir, saçlarım tökülür, gözlərimin altı bənövşəyi rəng alır, hormonal dərmanlar məni kökəldirdi”.


Qadın oynaqlarında da ciddi ağrılar və dəyişiklik hiss edir. Demək olar, bütün bədəni dəyişir.

Yalnız ötən ilin noyabrında həkimlər ona diaqnoz qoyub. Bu autoimmunitet- sistem qırmızı qurd eşənəyi xəstəliyidir.

Bu xəstəlik immun sistemin özünə düşmən kəsilməsi və sağlam hüceyrələrə hücumudur.

Xəstəliyin səbəbi məlum deyil, effektiv müalicəsi də yoxdur.


Aygün