Kimyəvi olaraq "flibanserin” olaraq bilinən
dərmanın istifadəsinə ilk dəfə 3 il əvvəl ABŞ-da icazə verilib. Hazırda Misirdəki
yerli dərman şirkəti bu dərmanı satmağa başlayıb.
Medicina.az xəbər verir ki, şərti adı Leyla
olan 30 yaşlı misirli qadın BBC-yə danışan mühafizəkar evdar xanımdır. Misirdəki
bir çox qadınlar kimi, o da cinsi problemlər haqqında danışmaqdan çəkinib.
"Başım fırlanmağa başladı və ürəyim çox sürətli
döyündü”. Bu sözləri Misirdə" qadın
viagrası "olaraq bilinən həbdən ilk dəfə istifadə edən Leyla bildirib.
Onun sözlərinə görə, 10 illik evliliyin sonunda, sadəcə maraqdan bu dərmanı
istifadə etmək qərarına gəlib.
"Heç bir sağlamlıq problemim yoxdur. Əczaçı
mənə bir neçə həftə hər gecə qəbul etməyimi və əks təsirləri olmadığını dedi. Həyat
yoldaşım və mən nə olacağını görmək istədik. Bir dəfə sınadım. Bir də heç vaxt
qəbul etməyəcəm!"
Misirdə boşanmaların sayı sürətlə artır və
yerli media bunun cütlər arasındakı cinsi problemlərlə əlaqəli olduğunu söyləyir.
Ölkədə bu dərmanı istehsal edən firma, Misirdəki hər 10 qadından üçünün cinsi
istəyinin az olduğunu qeyd edib.
Qahirədə əczaçı işləyən Muradın sözlərinə görə
isə həbi almağa gələnlərə onun əks-təsirlərindən söz açıb, almamağa səsləyir.
Lakin gündə 10 nəfərə yaxın sırf bu dərmanı almaq üçün aptekə gəlir. Onların əksəriyyəti
kişilərdir. Çünki qadınlar dərmanı almağa utanırlar. Kişilər isə onu "çəhrayı həb”
adlandırırlar.
İstehsalçılar isə dərmana "qadın viaqrası”
deyilməsini qəbul etmir. Viaqra kişilərin cinsiyyət orqanını sərtləşdirmək üçün
qan axımını pompalayır. Flibanserin isə beyindəki kimyəvi maddələri tənzimləyir,
həm də antidepressant təsirli və cinsi istək artırmaq üçün istifadə edilir.
Misirli seksoloq Heba Kotb qadınlara bu həbi
məsləhət görməyib: "Fiziki və psixoloji problemləri olan qadınlar üçün bu heç
vaxt işə yaramır. Qadınlar üçün seks emosional bir prosesdir. Hər şey başdan
başlanır. Bir qadının əri ona pis rəftar edərsə, bu qadın heç vaxt sağlam seks
yaşaya bilməz. Onu aradan qaldıran bir dərman isə yoxdur”
Baki