Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qadın və kişilərdə 40 yaş sindromu - Bunlara hazır olun!

  • 2022.05.31 16:23
  • 6303 Baxış
Qadın və kişilərdə 40 yaş sindromu  - Bunlara hazır olun!


Qadınlarda “Balzak yaşı”, kişilərdə isə “40 yaş sindromu” adlanan bu yaş dövrü istər qadınlarda, istərsə də kişilərdə müəyyən mənada narahatlıq doğurmağa başlayır.

Qadınlar 40 yaşından sonra bəyənilməmə qorxusu yaşayırlar və ekspertlər 35-45 yaş aralığındakı zərif cinsin “40 yaş sindromu”na yaxalanmaları ehtimalını daha real hesab edirlər. Kişilər isə sözün həqiqi mənasında, özlərini buraxırlar, kökəlmə, bəzi mənəvi sapıntılar bu yaşdan sonra baş verir.

Bəs 40 yaşına çatan orqanizmi bu yaşdan sonra hansı xəstəliklər gözləyir?

Bəzən idarəsində çətinlik çəkdiyimiz bədən orqanları məhz 40 yaşdan sonra bizə hansı sürprizləri hazırlayır? Qidalanmamıza necə diqqət etməli və özümüzü nələrə hazırlamalıyıq?


Medicina.az xəbər verir ki, bizimmediaaya açıqlamasında həkim-terapevt Rasif Bağırov bu barədə danışıb.


“40 yaşdan sonra orqanizm asanlıqla minerallar və vitaminlər itirməyə başlayır ki, bunun nəticəsində də insanlarda ətraf mühitin təsirinə və stressə qarşı dözümlülük zəifləyir”.

Ekspert 40 yaşdan sonra insanlarda ən çox rast gəlinən xəstəliklərin məhz ürək-damar xəstəlikləri olduğunu vurğulayıb.

“40 yaş sindromu”na gəlincə isə ekspert bunun bir çox səbəbləri olduğunu izah edib:

“Qadınların bu yaşdan sonra ana olmaq ehtimalı azalır. Bu öncə estrogen hormonunun 50 faizdən çox aşağı düşməsi ilə əlaqədardır. 40 yaşdan sonra qadın bədəni klimaks dövrünə hazırlaşır və klimaks dövründə qadınlar kifayət qədər həssas olmağa başlayırlar. Bu bir çox hallarda qadınlarda əksiklik hissinin artması, güvənsizlik və stress ilə müşayiət olunur”.