Britaniyalı sosioloqlar kişi və qadınlarda cinsi əlaqə üçün ideal vaxtları öyrənmək üçün araşdırma aparıblar. Təssüf ki, əks cinsin nümayəndələrinin bu məsələdə fərqli vaxt ehtiyacları olduğu ortaya çıxır.
“Medicina” xəbər verir ki, vaxt məsələsində qadınlar sözün əsl mənasında “bayquşa” çevrilirlər. Yəni gecə vaxtı daha çox hisslər baş qaldrır. Kişilərə gəlincə isə onlar səhər tezdən intim həzz almağı sevirlər.
Böyük Britaniya sosioloqları müəyyən ediblər ki, qadınlar adətən cinsi əlaqəyə olan ehtiyacı gecə saatlarında, 23:21 – də hiss edir. Lakin kişilərdə cinsi istəyin pik həddi 15 saat əvvəl – 7:54 – də müşahidə olunur.
Zərif cinsin nümayəndələrinin ev işləri, iş və digər gərgin iş gününə baxmayaraq, saat on bir ilə iki arasında ən çox təlabat duyduqları vaxtdır. Kişilərdə isə bu səhər 6 ilə 9 aralığında baş verir.
Təəccüblü deyil ki, bir çox cütlük cinsi əlaqənin vaxtını təyin etməkdə çətinlik çəkir. Çünki kişilər və qadınlar tamamilə fərqli vaxt zonalarında yaşayırlar. Keçirilmiş sorğunun nəticəsində məlim oldu ki, 68% qadın və 63% kişi vaxtında cinsi istəkləri ilə üst-üstə düşməyən biri ilə görüşüb.
Qadınların yalnız 11%-də səhərlər ehtiras hissi güclü olur. Eyni zamanda, kişilərin yalnız 16%-i yatmazdan əvvəl sevişmək arzusunu hiss edir.
Günay Quliyeva