Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qadın və kişi sonsuzluğunun əlamətləri - Nələrə diqqət etmək lazımdır?

  • 2018.11.25 13:44
  • 26881 Baxış
Qadın və kişi sonsuzluğunun əlamətləri -  Nələrə diqqət etmək lazımdır?


Cütlüklər sonsuz olduqlarını adətən uğurusuz hamiləlik cəhdlərindən sonra öyrənirlər. Halbuki sonsuzluğun əlamətləri özünü daha əvvəldən büruzə verir. Kişi və qadın sonsuzluğunun səbəbləri kimi simptomları da müxtəlif olur.


Medicina.az sizə sonsuzluq problemi ilə qarşılaşmamaq üçün nə zaman həkimə müraciət etməyin doğru olduğunu bildirir:


Qadınlarda sonsuzluq halı ailə qurduqdan sonra 1 il ərazində qorunmamasına və aktiv cinsi əlaqədə olduğuna baxmayaraq hamilə qala bilmədikdə təsdiqlənir. Ancaq diaqnoz qoyularkən həkim qadının yaşını da nəzərə almalıdır. Belə ki, qadın 35 yaşdan yuxarıdırsa o zaman onun hamilə qala bilməməsi sonsuzluğa dəlalət edə bilər. Amma burda başqa amillər də rol oynayır. Bu amillər aşağıdakılardır:


Artıq çəki - artıq çəki həmçinin də çəki azlığı qadınların eləcə də kişilərin reproduktiv orqanlarının sağlamlığına mənfi təsir edir. 2018-ci ildə aparılan bir araşdırmanın nəticəsinə görə, artıq çəki yalnız hamilə qalmağa deyil həm də, həm də dölün inkişafında bir sıra potologiyaların meydana çıxması riski daşıyır.


Cinsi əlaqə zamanı ağrı – bu hal sağlamlıqla bağlı bir sıra problemlərin əlaməti ola bilər. Məhz bu xəstəliklər də hamilə qala bilməmə və döl salmaya səbəb ola bilər. Bu xəstəliklərə endometroz, uşaqlığın mioması, infeksiya və s. aid edilir.


Ağrılı mensturasiya – aybaşı tsiklinin normal keçməsi cinsi sağlamlığın ilkin əlamətidir. Tsikldə baş verən hər hansı bir dəyişiklik xəbərdaredici siqnaldır. Aybaşı zamanı güclü ağrıların olması endometrozdan xəbər verə bilər ki, bu da sonsuzluğun ən əsas səbəblərindən sayılır. Bu əlamətlər sırasına cinsi əlaqə zamanı ağrı, bel və çanaqda ağrı, qeyri-müntəzəm aybaşı tiskli, az və ya çox miqdarda vaginal axıntı, daimni yorğunluq, ürəkbulanma hesab edilir.


Kişi sonsuzluğunun səbəbləri


Dünya üzrə qeydə alınan sonsuzluq hallarının səbəbinin 3/1 hissəsi kişi sonsuzluğuna bağlıdır. Kişi sonsuzluğunun ən əsas səbəbləri isə hormonal disbalans, artıq çəki, erektil pozğunluq, spermanın aşağı keyfiyyətli olması və s. aiddir.


 

Arzu 

Medicina.az