ABŞ-ın Konnektikut ştatında yaşayan 38 yaşlı qadının yumurtalıqlarından 60 kq şiş çıxarılıb.
Medicina.az xəbər verir ki, əməliyyatda 20 cərrah iştirak edib.
Böyük şiş qadının həzm sistemini əzdiyindən əməliyyat 5 saat çəkib. Həkimlər əməliyyatın indiyə qədər etdikləri ən böyük şiş əməliyyatı olduğunu qeyd ediblər:
"Hər həftə şiş 5 kq böyüyüb. Bu bizi şok etdi. Amma şiş xoşxassəlidir. Yenə də şiş üzərində araşdırmalar aparılır. Şişin hansı səbəbdən bu qədər böyüdüyünü bilməliyik”.