E vitamin qadınlar üçün xüsusi vacib vitamindir və onun çatışmaması sonsuzluğa belə səbəb ola bilər.
“Medicina” xəbər verir ki, reproduktiv həkim və endokrinoloq Kristina Prişvina E vitamini çatışmazlığının qadın üçün fəsadlarından danışıb.
“E vitamini sərbəst radikalları zərərsizləşdirən və şişin inkişaf riskini azalda bilən güclü antioksidantdır. O, "gözəllik vitamini" olaraq adlandırılır, çünki kollagen istehsalını təşviq edir, dərinin möhkəmliyini və elastikliyini artırır.
Qadınlar üçün E vitamini ən vaciblərdən biridir.
Bu, həm də reproduktiv funksiyamız üçün, yəni hamilə qalmaq və sağlam uşaq dünyaya gətirmək qabiliyyəti üçün çox vacibdir.
Vitamin E yumurta DNT-ni sərbəst radikalların zədələnməsindən qoruyur, bu da sağlam yumurtaların yetişməsinə kömək edir.
Vitamin E, embrionun uğurlu implantasiyası, plasentanın formalaşması və hamiləliyin qorunması üçün zəruri olan progesteronun istehsalını stimullaşdırır, aşağı düşmə riskini azaldır.
Onun antioksidant xüsusiyyətləri reproduktiv orqanlarda xroniki iltihabı azaltmağa kömək edir.
Yeri gəlmişkən, E vitamini kişilərin reproduktiv sağlamlığı üçün də böyük əhəmiyyət kəsb edir: Sperma sayını və hərəkətliliyini artırır.
zədələnmiş sperma faizini azaldır, bu da məhsuldarlığa müsbət təsir göstərir.
Yağlar, qoz-fındıq, balıq - hansı qidalar E vitamini ilə zəngindir
Hansı qidalarda bu qiymətli vitamin çox olur:
Bitki yağları (buğda rüşeym yağı, günəbaxan yağı, zeytun yağı, qarğıdalı yağı, kətan yağı).
Fındıq və toxumlar (badam, fındıq, günəbaxan tumu, fıstıq, şam fıstığı, püstə.
Yaşıl yarpaqlı tərəvəzlər (ispanaq, brokoli, kələm).
Balıq və dəniz məhsulları (somon, alabalıq, karides).
Meyvə və tərəvəzlər (avokado, kivi, manqo, papaya, balqabaq).
Taxıl və paxlalı bitkilər (cücərmiş buğda, mərci, noxud.
E vitamini yağlarla birləşdirildikdə daha yaxşı mənimsənilir, ona görə də salatlara bitki yağları və ya qoz-fındıq əlavə edin.
Aygün Musayeva