Səslıə bağlı təəssüf ki, Azərbaycanda yanlış fikirlər çoxdur. Səsdən danışanda çox adam elə bilir ki, gözəl səs müğənnilərdə olmalıdır, onlar səsləri ilə məşğul olmalıdır. Amma hər kəsin səsi qulağayatımlı olmalıdır, danşanda insanı yormamalıdır.
Səs estetikası deyilən bir məvhum var. Biz səsin tezliyini dəyişə bilirik: səsi həm qalınlaşdıra, həm incəldə bilərik.
Medicina. az xəbər verir ki, dosent, tibb üzrə fəlsəfə doktoru Ramil Həşimli səs terapiyasından danışıb.
"Oğlanlarda səsin uşaqlıqdakı kimi və ya qız kimi incə qalması mutasion disfaniya, mutasion falset dediyimiz xəstəlikdir.
Bəzi oğlan uşaqlarının hormonal statusu dəyişən zaman səsi də dəyişir. Bəzən bədəndə dəyişikliklər getsə də səs incə qalır.
Əgər belə problem varsa, vaxtında müraciət edərlərsə, çox rahat şəkildə 1-2 həftə ərzində manipulyasiya, səs terapiyası ilə dəyişə bilirik.
Bunun üçün hər hansı əməliyyat tələb olunmur.
Bunun səbəbi daha çox psixoloji təsirdən olur. Ailədə və məhəllə basqısı deyilən mobinq var. Bir oğlan uşağının 12 yaşında birdən-birə səsi qabalaşır, kallaşır. Əgər səsi kobuddursa həm evdə, həm məktəbdə müəllimlər uşağa "səsini çıxartma, başıma düşdü, bu nə səsdi, sən danışma" deyərək, sərt reaskiya verirlər.
Əgər uşaqlar bu təzyiq nəticəsində geri çəkilib, kompleksə düşüb, səsini çıxarmasa və ya qəsdən incəldib danışsa, bir müddət sonra nazik səslə danışmağa davam edəcək. Bütün yaşıdlarının səsi normal kişi səsi olsa da, onlar geri qalır.
Belə pasiyentlərim çox olub, ali məktəbi bitirib, çox yaxşı, peşəkar kadrlardır, amma səsləri onların imicini pozur. Çox böyük kompleksə düşürlər.
İndəyə kimi səsini dəyişdiyimiz oğlan uşaqları və kişilər olub. Eləcə də səsləri qalın və kobud olan qızların da səsini incəldirik.
Çox nadir halda əməliyyatla bunu edirik.
Ona görə səslə bağlı problemləri rahat şəkildə dəyişirik".
Aygün Musayeva