Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qadın pasiyentlərin ən çox aşiq olduğu kişi həkimlər – 5 sevimli həkim tipi

  • 2019.02.23 00:06
  • 30473 Baxış
Qadın pasiyentlərin ən çox aşiq olduğu kişi həkimlər –  5 sevimli həkim tipi
Elə həkimlər var ki, onlara qadın pasiyentlər daha  çox maraq göstərir, hətta aşiq olurlar. Düzdür, kişi həkimlər  qadın pasiyentə sadəcə pasiyent kimi baxır və nadir hallarda şəxsi münasibət qururlar.


Araşdırmalar göstərib ki, bu kişi həkimlərin qadın fanatı daha çox olur. Onları digər həkimlərdən fərqləndirən nədir? Daha mehriban, daha diqqətli, daha ürəyə yaxın olmaları?


Medicina.az qadınların daha çox aşiq olduğu 5 həkim tipini təqdim edir:


1.Psixiatr,  psixoterapevt, psixoloq


Depressiyada olan qadınların üz tutduğu, çətin anında yanında olan, məsləhətlər verən, gələcəyə inandıran, komplimentlər deyən, üstəlik qadının bəzi şəxsi həyat problem və sirlərini bilən dərd ortağı həkimi kim sevməz? Ətrafdan, xüsusən həyatında olan kişilərdən lazımi dəstəyi görməyən qadın bu anlarda kim onun yanındadırsa, ona da mehrini sala bilir.


Psixiatrlara qadın pasiyentlərin aşiq olması halları o qədər çoxalıb ki, Britaniya Psixoterapevtlər Birliyi psixiatr həkimlərə pasiyentlə şəxsi münasibətə müalicə və terapiya bitdikdən xeyli sonra başlamaq qaydasını tətbiq edib. Yəni seans, müalicə zamanı qadın pasiyentlə hər hansı əlaqə,münasibət yol verilmir.


2.Ginekoloq


Ginekoloq həkim qadına  anadan belə yaxın ola bilir. Qadınlar onunla açıq danışa bilir, ən intim sirlərini bölüşür. Üstəlik həkimin qadınla incə davranması, mehribanlığı əlavə bonuslardır. Amma burda fiziki təmas da az rol oynamır. Sadəcə kişi  ginekoloqların peşələri ilə əlaqədar qadın pasiyentlərə bərabər gözlə baxır, nadir halda kiməsə meyillənirlər. Burda yenə də hisslərini cilovlamayan qadınlar ola bilir.


3.Cərrahlar


Onlarda olan əzm, əminlik, sakitlik, dəqiqlik və bir qədər də kobudluq qadınları cəlb edir.  Psixoloqlar qeyd edir ki, cərraha bağlılıq normaldır, axı o pasiyenti ölümdən xilas edib, ciddi problemdən qurtarıb. 

 

Obyektivlik naminə deyək ki, cərrahlar nadir halda pasiyentinə aşiq olur. Burda qadın  diqqət yetirməlidir: həkim bütün pasiyentlərə qarşı sizə davrandığı kimi davranır, ya xüsusi özəl bir davranışı var? Əgər bir cərrahın qəlbinə pasiyent yol tapa bilibsə, demək, o qadında sirli nəsə var.


4.Stomatoloq


Diş həkimləri də bu siyahıdadır. Qadınlar diş həkimindən qorxur, hər həkimə dişlərini etibar etmir. Stomatoloqlar zarafatcıl, şən olur. Pasiyentlə elə ünsiyyət qururlar ki, növbəti dişlərini də ona etibar etsin. Çox pasiyentlər isə stomatoloqla romantik münasibətə müftə və hədiyyə dişlər xatirinə başlayır. Stomatoloqun qəlbini əldə etmək gözəldir, amma Amerikanın Dentistry jurnalına görə, Amerikada ən çox boşanma halları stomatoloqlar arasındadır. 

 



 

5.Plastik cərrah


Plastik cərrahlar qadını komplekslərdən qurtarıb, onun gözəlliyinə gözəllik qatan,tərifləyən bir kişidir. Əgər cərrah " əslində sizin bədəniniz, sinəniz çox yaxşıdır, ehtiyac yoxdur, amma əgər çox istəyirsizsə” deyirsə, qadının ürəyində onun yeri hazırdır.

 

Dünyada plastik cərrahla pasiyentin evliliyi faktları çox olub. Plastik cərrahın arvadı, sevgilisi olmaq da ayrıca avantajdır. Çünki kökəldikdə və doğumdan sonra qalan qarını pulsuz əməliyyat etdirəcək. Həm də plastik cərrahlar ən çox qazanan həkimlər sırasındadır.

Qadın pasiyentlərin ən çox aşiq olduğu kişi həkimlər –  5 sevimli həkim tipi