Bakının Qaradağ rayonunda özünü yaşadığı binanın 4-cü mərtəbəsindən yerə atan Mütəllimova Həqiqət Əli qızı həkimlərin səyinə baxmayaraq xəstəxanada dünyasını dəyişib.
Medicina.az APA-ya istinadən xəbər verir ki, xəstəxanaya yerləşdirilən qadın qızının bir neçə gün öncə öldüyünü bildirib və buna görə özünə qəsd etdiyini demişdi.
Qeyd edək ki, hadisə rayonun Müşviqabad qəsəbəsi, Yeni Yaşayış massivi, ev 73 ünvanında baş verib.