Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qadın körpəsini dünyaya gətirib öldü - Həkimlər icazə verməyibmiş

  • 2019.05.03 10:16
  • 14928 Baxış
Qadın körpəsini dünyaya gətirib öldü -  Həkimlər icazə verməyibmiş

Lənkəranda ana övladını dünyaya gətirdikdən sonra vəfat edib.


Ötən gecə vəziyyəti ağır olduğundan 1979-cu il təvəllüdlü Osaküçə kənd sakini Bəfanə Kərim qızı Quliyeva Lənkəran Rayon Mərkəzi Xəstəxanasında təcili olaraq əməliyyata alınıb.

O, qeysəriyyə əməliyyatı ilə qız uşağı dünyaya gətirib. Lakin əməliyyatdan sonra qanaxma baş verib. Növbəti dəfə əməliyyat olunan qadın gecə saatlarında vəfat edib.

 

Körpənin vəziyyəti normaldır. Məlumata görə, B.Quliyeva uzun müddət Bakıda müalicə alıb. Anaya körpəni dünyaya gətirməmək tövsiyə olunsa da, buna məhəl qoymayıb. Faktla bağlı araşdırma aparılır.