Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

- 3 ay sonra dünyaya uşaq gətirdi Qadın kliniki ölüm keçirdi

  • 2019.03.30 11:13
  • 7399 Baxış
- 3 ay sonra dünyaya uşaq gətirdi  Qadın kliniki ölüm keçirdi

Portuqaliyadan olan 26 yaşlı Katerina Sekeyra beyin ölümü keçirdikdən sonra 3 ay sonra uşaq doğub.

 

Medicina.az bildirir ki, Sekeyra hamiləliyinin 19-cu həftəsində kəskin astma tutması səbəbindən xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti get-gedə pisləşdiyi üçün həkimlər qadını süni komaya salıblar.

 

Amma bir neçə həftə sonra qadında beyin ölümü qeydə alınıb. Bundan sonra həkimlər xəstənin həyati funksiyalarını süni şəkildə saxlayırlar ki, uşaq inkişaf etsin. 


Təxminən 2 ay ərzində həkimlər vəziyyəti nəzarətdə saxlaya biliblər. Amma hamiləliyin 32-ci həftəsində onlar qeysəriyyə əməliyyatı ilə uşağı ananın qarnından çıxarmaq məcburiyyətində qalıblar. 


Əməliyyatdan bir neçə saat sonra qadının orqanizmi həyata bağlandığı aparatlardan ayrılıb.