Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qadın kimyaterapiya almadan xərçəngə 2 dəfə qalib gəldi

  • 2025.04.19 17:58
  • 100 Baxış
Qadın kimyaterapiya almadan xərçəngə    2 dəfə qalib gəldi

Rus qadın radiasiya və kimyaterapiya olmadan xərçəngə iki dəfə qalib gəlib.


“Medicina” xəbər verir ki, Buryatiya Respublikasında yerli sakin xəstəliyin erkən mərhələdə aşkarlanması sayəsində kimyaterapiyadan istifadə etmədən iki dəfə xərçəngə qalib gəlib.


Xəstənin dediyinə görə, xəstəlik ilk dəfə 2023-cü ildə aşkarlanıb.O, klinikaya flüoroqrafiyadan keçmək üçün gəlib.

Bir neçə gündən sonra qadın uşaqlıq boynunda xərçəng hüceyrələrinin olduğunu öyrənib.


Bundan sonra o, Respublika Onkologiya Dispanserində müalicə olunub. Növbəti il, müntəzəm müayinə zamanı ona erkən mərhələdə böyrək xərçəngi diaqnozu qoyuldu. Hər iki halda o, xəstəlikləri ilkin mərhələdə aşkar edərək, kimyaterapiyadan qaça bilib.


“Xəstəlik ilk mərhələdə aşkar edilərsə, sağalma şansı 98%-ə çatır”, - deyə rayon Səhiyyə Nazirliyi xatırladıb və sakinləri mütəmadi olaraq həkimlərə müraciət etməklə öz sağlamlıqlarının qeydinə qalmağa çağırıb.


Aygün M