Dünyanın ən iri sinəli qadını titulunu qazanmaq üçün yarım milyon dollardan çox pul xərcləyərək, 39 əməliyyat keçirib.
Medicina.az xəbər verir ki, Şeyla Hersley ilk dəfə 20 yaşında plastik əməliyyat etdirib.
Qadın deyir ki, onu yaşıdları 12 yaşından xarici görünüşünə və kiçik sinəsinə görə ələ salıblar. Bu təhqirlərə dözməyən qız qarşısına ən seksual və iri sinəli qadın olmağı məqsəd qoyub.
“ İnsanlar mənə deyirdi ki, bədənim kişi bədəninə oxşayır, kök və eybəcərəm. Oğlanlar məni sinəmə görə lağa qoyurdu. Bu mənə çox böyük zərbə idi”.
Hazırda 41 yaşı olan Şeyla əməliyyatlar zamanı 2 dəfə infeksiyaya yoluxub və ölümlə üz-üz qalıb. 2 dəfə isə özünə qəsd etməyə cəhd edib.
Belə ki, hamiləlikdə süd vəzi implantları ona mane olduğu üçün onları çıxarmaq məcburiyyətində qalıblar. Bu əməliyyatdan sonra qadın uşağı doğana kimi güzgüyə baxa bilmirdi və depressiyaya düşmüşdü.