29 yaşlı Britaniya sakini Şantel Broton unikal əkizlər anası olub.
"Medicina" xəbər verir ki, qız və oğlan uşağının hərəsi bir rəngdə olub.
Ananın sözlərinə görə, doğulan anda uşaqlar ilk baxışdan fərqlənməyib, lakin 2 ay sonra qız qarabuğdayı olub.
Hazırda oğlanın açıq dərisi, yaşıl gözləri, qızın isə tünd dərisi, qəhvəyi gözləri var.
Uşaqların anası qarışıq irqdəndir. Onun babası Nigeriyadan olub. Eləcə də ata tərəfdən Şotlandiyaya gedib çıxır.
Aygün Musayeva