Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qadın həkimdən qayınanası üçün zəhər istəyib

  • 2025.03.05 21:55
  • 260 Baxış
Qadın həkimdən qayınanası üçün zəhər istəyib


Hindistanda həkim bir qadının ondan zəhər istəməsi ilə bağlı polisə müraciət edib.



“Medicina” xəbər verir ki, Banqalorda yaşayan həkim Sunil Kumar fevral ayında sosial şəbəkədə bir izləyicisindən qəribə mesaj alıb.


Qadın sosial şəbəkədə onun telefon nömrəsini tapıb və ondan zəhərləmə təsirli həbləri verməsini xahiş edib ki, qayınanasından xilas ola bilsin. O, qaynanasının yaşlı qadın olduğunu və daim onu ələ saldığını bildirib.

Şoka düşən Kumar həkim olaraq, insanların həyatını xilas etmək missiyası olduğunu bildirib.


Fevralın 17-də o, qadının tapılması və barəsində cinayət işinin başlanması tələbi ilə polisə müraciət edib. O, polisə yazışma tarixçəsini və həmsöhbətinin telefon nömrəsini təqdim edib.


"Biz güman edirik ki, ya zarafat olub, ya da mesaj yazan zaman qadının ağlı yerində olmayıb” – deyə polis bildirib.

Aygün Musayeva