Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qadın embrionları kişilərdən daha tez ölür

  • 2023.05.23 14:32
  • 1435 Baxış
Qadın embrionları kişilərdən daha tez ölür
Qadın embrionları kişilərə nisbətən daha tez ölür və bu da daha çox oğlanların dünyaya gəlməsinə səbəb olur.


“Medicina” xəbər verir ki, ABŞ-ın Fresh Pond Araşdırma İnstitutunun tədqiqatçıları, kişi embrionlarının daha həssas olduğuna dair uzun müddətdir mövcud olan fərziyyəni təkzib edib.

Tədqiqatçılar müəyyən ediblər ki, qadın və kişi embrionlarının ilkin sayı eynidir. Lakin qızlar daha kövrəkdir. Əhəmiyyətli dərəcədə daha az sayda qadın embrionu bütün hamiləlikdən uğurla keçir.

Tədqiqatçılar müxtəlif hamiləlik yaşlarında olan, o cümlədən 3 ilə 6 günlük arasında döllərin cinsi nisbətlərini təhlil ediblər.

Bunun üçün IVF zamanı, abortdan sonra, amniyosentez zamanı qeydə alınmış döllər haqqında məlumatlardan, həmçinin dölün ölümü və doğuşla bağlı ABŞ statistikasından istifadə edilib.

Bütün bu məlumatların təhlili göstərib ki, konsepsiyadan sonra eyni sayda kişi və qadın embrionları yaranır.
Anormal kişi embrionları konsepsiya zamanı anormal qadın embrionlarının sayından çoxdur, buna görə də konsepsiyadan sonrakı ilk həftədə kişi embrionlarının ölüm nisbəti qadın embrionlarını üstələyir.

Günay Quluzadə