Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qadın diş çöpündən boğulub öldü

  • 2019.04.06 17:51
  • 8924 Baxış
Qadın diş çöpündən boğulub öldü
Portuqayada 50 yaşlı qadının ölümünə səbəb adi diş çöpü olub. O, buterbrod yeyərkən boğazına nəsə gedib ilişdiyini hiss edir. Sonradan 2 dəfə həkimə getsə də, rentgen müayinədə heç bir şey aşkarlanmır.


Medicina.az xəbər verir ki, qadına antibiotik yazıb evə göndərdikdən 2 gün sonra onu evində ölü tapıblar. O, vanna otağında yıxılıb. Əvvəlcə onu kiminsə öldürdüyündən şübhələnsələr də, meyitin yarılması zamanı qadının qida borusundan irinləmiş diş çöpü tapılır.

 

Çöp qirtlaq divarını 2 yerdən deşərək, iltihaba səbəb olmuşdu.  Bu da ürək-damar çatmamazlığına gətirib çıxarıb.  Həkimlər ilk dəfədir qida borusunun diş çöpü tərəfindən deşilməsi səbəbindən ölüm faktı qeydə aldıqlarını etiraf ediblər.