Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Qadın COVİD-i ağır keçirərsə, sonsuzluq yarana bilər" - Ginekoloq

  • 2021.08.13 10:27
  • 1312 Baxış
"Qadın COVİD-i ağır keçirərsə, sonsuzluq yarana bilər" -  Ginekoloq
"Reproduktiv dövrdə COVİD keçirən qadınlarda sonsuzluq yaranması haqqında məlumat hələ sübut olunmayıb”.

Medicina.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında mama-ginekoloq Vüsalə Ağabalayeva COVİD-in sonsuzluq yaratmasından danışarkən deyib.

Həkimin bildirdiyinə görə, COVİD ölümlə nəticələnirsə, reproduktiv dövrdə olan qadınlarda sonsuzluq yaratmaq ehtimalı da çoxdur:

"Bu 15 yaşdan 45 yaşa qədər olan qadınlarda müşahidə oluna bilər. Əgər bu müddət ərzində qadın COVİD-i ağır keçirdərsə, belə qadınlarda sonsuzluq yaranması ehtimalı var. Amma bunun sübut olunması lazımdır”.

Qeyd edək ki, Tibb Universitetinin Urologiya kafedrasının doktorantı Araz İbrahimov mətbuata açıqlamasında "koronavirus sonsuzluq yaradır” deyə bildirib.