Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

- Hər 10 cütlükdən birinin əziyyət çəkdiyi problemQadın cinsi münasibətdən niyə qaçır?

  • 2017.10.31 11:02
  • 40364 Baxış
- Hər 10 cütlükdən birinin əziyyət çəkdiyi problem Qadın cinsi münasibətdən niyə qaçır?
Dünyada hər 10 qadından biri vaginizm problemindən əziyyət çəkir. Ancaq bu xəstəlik özünü hər zaman biruzə verməyə bilər. 


Medicina.az xəbər verir ki, vaginizm xəstəliyi cinsi münasibət zamanı qadının bu vəziyyəti imkansız hala gətirməsidir.


Cinsi münasibətdən kişi və qadının həzz alması ikili münasibətlərin, xüsusilə də xoşbəxt evliliyin təməl daşıdır.


Ancaq baş verən bəzi  problemlər bu istəyin geri plana atılmasına səbəb ola bilər. Vaginizm xəstəliyi qadında cinsi münasibətə istəksizlik yaradır. Bu xəstəliyə tutulanlar cinsi münasibətdən heç bir şəkildə həzz almır, hətta ona bezdirici gəlir. Bu hər insanda özünü bir formada əks etdirir.

 

Похожее изображение


İlkin göstəricilər nədir?


Bu zaman qadın cinsi münasibətdən çox qorxur və hətta bundan qaçır.


Ağrılı cinsi münasibət


Münasibət çox ağrılı olur və çətin şəkildə həyata keçir.


Ginekoloq qorxusu


Qadınlar cinsi münasibətdən qorxduqları üçün həkimə də getmək istəmirlər, münasibət zamanı özlərini sıxdıqları üçün bunu daha da çətin hala gətirirlər.

 



Vaginizm niyə yaranır?


Xəstəliyin tibbi səbəbi tapılmasa da adətən psixoloji problemdən qaynaqlandığı təxmin edilir.


Vaginizmin müalicəsi necə aparılır?


Xəstəliyin müalicəsi qadının şikayətlərinə uyğun olaraq aparılır. Adətən xəstədə bu problemi yaradacaq məsələnin əsas mənbəyi araşdırılır. Bəzən ehtiyac duyulduqda ginekoloq xəstəni psixoloqa da yönləndirir.

- Hər 10 cütlükdən birinin əziyyət çəkdiyi problem Qadın cinsi münasibətdən niyə qaçır?
- Hər 10 cütlükdən birinin əziyyət çəkdiyi problem Qadın cinsi münasibətdən niyə qaçır?
- Hər 10 cütlükdən birinin əziyyət çəkdiyi problem Qadın cinsi münasibətdən niyə qaçır?