Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Böyrək ağrısı ilə xəstəxanaya gəldi, uşaq doğdu - Həkimlər şokda

  • 2019.03.12 14:25
  • 7007 Baxış
Böyrək ağrısı ilə xəstəxanaya gəldi, uşaq doğdu -  Həkimlər şokda
Dəhşətli böyrək ağrıları ilə xəstəxanaya çatdırılan qadını müayinə edən həkimlər şoka düşüblər. İsrarla " böyrəyimdə daş var” deyən qadının hamilə olduğu, artıq doğuş sancılarının başladığını təsbit ediblər.


Medicina.az xəbər verir ki, amerikalı qadın Ellison Opfer son ayına kimi hamilə olduğunu bilməyib.

Qəfildən təzyiqi də qalxan Opfer təcili keysəriyyə əməliyyatına alınır və onun oğlu doğulur. 


Sonradan qadın bildirib ki, həmişə menstrual tsikl pozğunluğu və böyrək daşlarından əziyyət çəkib. Cəmi bir dəfə hamiləlik testi edib, onda da cavab mənfi çıxıb. Ondan sonra qadın hamilə ola biləcəyini ağlına da gətirməyib. Çəkisi də normadan artıq olduğu üçün yeyib-içib kökəldiyini zənn edib.