Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qadın bezinden infeksiya düşdü, ayaqları kəsildi - İnanılmaz

  • 2022.01.27 18:00
  • 1869 Baxış
Qadın bezinden infeksiya düşdü, ayaqları kəsildi    -  İnanılmaz


29 yaşlı model Lauren Vasser qadınların menstrual tsikl dövründə istifadə etdiyi bezdən bədəninə keçən infeksiya nəticəsində ayaqlarını itirib.

İnfeksiya toksiki şoka səbəb olub və gənc model ölümdən dönüb.

Medicina.az xəbər verir ki, xəstələnən qızın özü də, yaxınları da onun ağır qrip keçirdiyini güman edirdi. Həkimlər müalicələr yazsa da, o gündən-günə ağırlaşırdı.

Kaliforniyalı Lauren 2012-ci ildə günlərdir keçməyən qızdırma səbəbindən xəstəxanaya gedir, müayinə zamanı həkimlər onun bədənində ağır toksiki sindrom aşkarlayır.

İnfeksiya isə cinsi yolla bezdən keçmişdi. Belə ki, qadın bir bezi saatlarca saxladığı və unutduğu üçün onda olan hansısa maddə toksiki şok verir.

Qız xəstəxanada komaya düşür, uzun müalicədən sonra oyanan kimi dərhal artıq nekrozlaşan ayaqları amputasiya edilir. O vaxt onun 24 yaşı var idi.

Lauren bütün qadınlara başına gələnləri bölüşür ki, heç kim bu qorxulu şeyləri yaşamasın.

Daim istifadə etdiyi gigiyenik bezin onu şikəst etməsinə görə model istehsalçı şirkəti məkhəməyə də verib.

“Vagina qadın üçün çox infeksiyaların qapısıdır. İstifadə etdiyiniz bezlərin nələrə yol aça biləcəyini görün”.