Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qadın ağcaqanad sancmasından öldü

  • 2022.07.08 15:15
  • 3119 Baxış
Qadın ağcaqanad sancmasından öldü


Britaniyalı qadın ağcaqanad sancmasından sonra ölüb

Pilot olmağı planlaşdıran Oriana Pepper adlı britaniyalı qadın imtahan vermək üçün Belçikaya gedib.

Burada onu sağ gözünün altından ağcaqanad sancıb. Nəticədə qadının üzü olduqca şişib və o, kömək üçün xəstəxanaya müraciət edib, ona antibiotik kursu təyin olunub.

Lakin bir neçə gündən sonra qadın huşunu itirib və yenidən ağır vəziyyətdə klinikaya yerləşdirilib. Həkimlər onun həyatını xilas edə bilməyiblər. Yarılma zamanı məlum olub ki, Pepper septik emboliya nəticəsində ölüb.

“İnfeksiya Oriananın bədəninə həşərat sancması zaman daxil olub”, - deyə məlumatda bildirilib. /oxu.az/