Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qadın “ACE”-dən zəhərlənib öldü - BƏDBƏXT HADİSƏ

  • 2019.05.15 10:02
  • 26752 Baxış
Qadın “ACE”-dən zəhərlənib öldü  - BƏDBƏXT HADİSƏ
Şamaxıda evdə təmizlik işləri görən qadın kimyəvi zəhərlənmədən vəfat edib.

 

 

Medicina.az Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, Qobustan rayonu, Təklə Mirzəbaba kənd sakini 33 yaşlı Səbinə Musayeva kimyəvi zəhərlənmə diaqnozu ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasında daxil olub və orada ölüb.

İlkin araşdırma zamanı müəyyən edilib ki, S. Musayeva mayın 13-də yaşadığı evdə "ACE” kimyəvi təmizləyici maddədən istifadə edərək evin mətbəxini təmizlədikdən sonra özünü narahat hiss edib və axşam saatlarında xəstəxanaya yerləşdirilib.

 

Mayın 14-də səhərə yaxın saat 04 radələrində isə dünyasını dəyişib.
S.Musayevanın ölümünün müəyyən edilməsi məqsədi ilə məhkəmə-tibb ekspertizası təyin edilib, rayon prokurorluğunda araşdırma aparılır.