Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qadın 20 gün ərzində 2 dəfə kovidə yoluxdu

  • 2022.04.22 16:20
  • 3453 Baxış
Qadın 20 gün ərzində 2 dəfə kovidə yoluxdu


İspaniyada 31 yaşlı qadın 20 gün içində 2 dəfə koronavirusa yoluxub.

Medicina.az xəbər verir ki, ispan alimləri qadının 2 müxtəlif kovid ştammına yoluxduğunu təsdiq edib.

Həkim işləyən qadın qısa müddət ərzində 2 dəfə necə yoluxduğunu izah edə bilmir.

Bu fakt İspaniyada pandemiya dövtründə ən qısamüddətli yoluxma faktları içində birincidir.

Əvvəlki yoluxmada bir kişi 2 ay ərzində 2 dəfə yoluxmuşdu.

Qadının delta və Omikrona yoluxduğu qeyd olunur.

Birinci dəfə testi müsbət çıxan qadın elə də ciddi simptomlar keçirmirdi. 2 həftə evdə qaldıqdan sonra işə çıxan qadın 3-cü həftə titrətmə, qızdırma, öskürək keçirib. Yenidən test verdikdə cavab pozitiv çıxıb.


Doktor Cemma Ressio hesab edir ki, bu fakt onu göstərir ki, Omikron öncədən infeksiyanı keçirmiş və immuniteti olan orqanizmdən də yan keçmir və yoluxdurur.