Liverpul şəhərində qadın rəhmətə getmiş ərindən hamilə qalıb.
Bakupost.az xəbər verir ki, 33 yaşlı Lorenin əri beyin şişi xəstəliyindən 2020-ci ildə vəfat edib.
Kişi arvadının telefon nömrəsi və adını xatırlamadığını görüb, həkimə müraciət edib. Onun başında şiş aşkarlanıb. 2 dəfə əməliyyat olunsa da şiş yenidən qayıtdı.
Ata olmağı çox arzulayan kişi kimyaterapiya almazdan əvvəl spermini banka verərək, dondurur. Onlar sağalandan sonra uşaq sahibi olmaq istəyirdilər.
Lakin əri öləndən sonra Loren sperm bankındakı biomaterialdan süni mayalanma üçün müraciət edir.
Ərinin ölümündən 10 ay sonra süni mayalanma etdirən qadın indi hamilədir.
Loren gələcəkdə də bu yolla uşaq dünyaya gətirməyi planlayır
Qeyd edək ki, Avropada və Türkiyədə xərçəng xəstələri kimyaterapiyadan öncə sağlam yumurtahüceyrələrini yığdıraraq, gələcəkdə normal hamiləlik üçün istifadə edir.
Aygün Musayeva
BakuPost