Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Qabyuyan süngərləri atın, əskiyə keçin" - Məşhur həkim

  • 2022.10.15 18:38
  • 3273 Baxış
"Qabyuyan süngərləri atın, əskiyə keçin"    - Məşhur həkim


Türkiyənin tanınmış kardioloqu, professor Canan Karatay təmizləyicilərin tərkibindəki kimyəvi maddələrin sağlamlığa təsirini izah edərək evdar qadınlara xəbərdarlıq edib.


"Medicina" xəbər verir ki, marketlərdə dolub-daşan yuyucu gellər, təmizlik vasitələri orqanizmə zərərlidir.
O, süngər yerinə bez istifadə etməyi tövsiyə edib. Yuyucu vasitələrlə bağlı da mühüm açıqlamalar verən Karatay bunları deyib:

“Evdə süngərdən istifadə etmirik, bezlərdən istifadə edirik, paltarı daim yuyuruq. Qab süngərlərindəki mikroblar çox isti suda ölür. İsti suda nə bakteriya, nə də virus qalmır. Yuyucu vasitə öldürmür, isti su öldürür. Qeyd etmək lazımdır ki, qab süngərlərini tez-tez dəyişmək lazımdır. Xanımlar artıq yuyucu tozdan istifadə etməkdən beziblər. Yuyucu vasitələr mikrob və bakteriyalardan qat-qat təhlükəlidir. Süngər bir yana, evlər artıq yuyucu tozla doludur. Onlar ən böyük zəhərdir və onu evlərinizə buraxmayın”.

Aygün Musayeva