Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qabırğalardakı ağrı – Nədən xəbər verir?

  • 2023.06.08 19:39
  • 1696 Baxış
Qabırğalardakı ağrı  – Nədən xəbər verir?
Çiyin arxasında qabırğalardakı ağrılar ciddi xəstəliklərdən xəbər verə bilər.

“Medicina” xəbər verir ki, Michigan Sağlamlıq Sistemi Universitetinin (UMHS) mütəxəssisləri çiyindən qabırğaya və qarına, sinəyə yayılan ağrıya diqqət yetirməyə çağırıb.


Onurğa xəstəlikləri arasında servikal osteoxondroz, intervertebral yırtıq, skolioz, servikal və ya torakal bölgədə intervertebral diskin çıxması (yer dəyişdirməsi), spondiloartroz, radikulit, çiyin periartrozu, nevroloji ağrılar səbəb ola bilər.


Digər xroniki xəstəliklərdən:

  • damar və ürək xəstəliyi
  • həzm sistemində problemlər
  • böyrəklərin işində anormallıqlar
  • tənəffüs sistemi xəstəlikləri
  • bronxit araşdırılmalıdır
Əgər heç bir xəstəlik yoxdursa, lakin ağrılar varsa:

Çiyin qabırğasının zədəsi: çıxıq və ya qırıq;

Yüksək fiziki güc səbəbiylə arxa əzələlərin uzanması;

Yanlış duruş, artıq çəki, narahat vəziyyətdə uzun müddət qalmaq: bütün bunlar əzələ gərginliyinə, tez-tez asimmetrik əzələlərin gərginliyinə səbəb olur;

Stress: Əsəb gərginliyi zamanı biz narahat duruşlar alırıq. Bu da bel gərginliyinə və yorğunluğa səbəb olur.


Günay Quluzadə