Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qabığı çatlamış yumurtanı yemək olarmı?

  • 2019.11.06 17:07
  • 6467 Baxış
Qabığı çatlamış yumurtanı yemək olarmı?
Qabığı çatlamış, dəlik və sınıq çiy yumurta bir çoxlarını çəkindirir. 

Medicina.az həkimlərin bu barədə fikrin təqdim edir.


Əgər çiy yumurtada çatlaq geniş və iridirsə, o yumurtanı çiy halda və ya bəzi termiki işlənmədən az keçən qidalara qatmaq və yemək olmaz. Yumurta qabığının çatında infeksiya törədicisi ola bilər. 


Əgər çatlaq yumurta 70 dərəcə temperaturda bişirələcəksə, salmonella və digər infeksiya mikrobları öləcək. 


"Ümumiyyətlə, bütün zərərli mikrob və bakteriyalar yumurtanın qabığında çoxdur. Yumurta qabığı hətta saf, çatlaqsız olsa belə, siz onu sındıranda bağırsaq çöpləri içinə düşə bilir. Ona görə yumurtanı istifadə etməzdən əvvəl isti su və sabunla yuyun və çiy halda istifadə etməyin. 


Salmonella qabıqda 3 həftə yaşaya bilir. 


Soyuducuda  toyuq yumurtası 30 gün və daha çox saxlanıldıqda, salmonella və bakteriyalar qabıqda yumurtanın sarısına keçir və orda çoxalır. Ona görə hətta saf qabıqlı yumurtanı belə 30 gündən artıq saxlamayın. Belə yumurtaları ancaq suda 15 dəqiqə qaynadaraq bişirmək olar”. 

Qida mütəxəssisləri yumurtanı alıb soyuducuya yığanda yox, hazırlamazdan öncə yumağı tövsiyyə edir. Əgər marketdən gətirən kimi yusanız, qabıqda olan mühafizə qatını dağıda bilərsiz. 


Əgər yumurtaları yumusuzsa, o zaman onları 12 gündən artıq saxlamaq olmaz. 

Qabıqları salamat yumurtanı isə yumasanız, 23 gün saxlaya bilərsiz.