Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Qab yuyarkən mütləq əlcək taxın, yoxsa...” – DERMATOLOQ XƏBƏRDARLIQ EDİR

  • 2017.10.20 11:05
  • 13604 Baxış
“Qab yuyarkən mütləq əlcək taxın, yoxsa...” –  DERMATOLOQ XƏBƏRDARLIQ EDİR
Kimyəvi maddələr həyatımıza elə daxil olub ki, onlarsız yaşamımızı təsəvvür edə bilmirik. Şəxsi gigiyenada, ev, paltar, qab təmizliyində də mütləq bu vasitələrə müraciət edirik.


Amma bu kimyəvi məhsulların həyatımızı zəhər etdiyini, orqanizmimizi, suyu, torpağı, təbii yerləri, havanı yavaş-yavaş çirkləndirdiyini bilirsinizmi?

 

Həmçinin, bu vasitələr xərçəngə, dəri xəstəliklərinə, ağız, mədə, boğaz iltihabına səbəb olur, sinir sisteminə inanılmaz zərər vurur.

 

Medicina.az xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edir ki, paltar yuyan vasitələr dəriyə təmas etdikdə onun yağını alır, qurumasına və çatlamasına, həssas şəxslərdə dermatitlərin yaranmasına səbəb olur. Paltarlardan və qablardan yuyucu vasitələri təmizləmək üçün bol miqdarda su ilə durulamaq lazımdır. Yaxşı durulanmamış paltarlar dəridə allergik reaksiyalara, aşınmaya səbəb olur.

 

Ev təmizliyində istifadə edilən yuyucu vasitələr mikroblara nə qədər zərər verirsə, ağciyər, qaraciyər və beyinə də eyni şəkildə zərər verir, həmçinin, göbələyə yol açır. Yuyucu vasitələr bağırsaq xərçənginə və ağır ağciyər xəstəliklərinin yaranmasına yol açır.

 

Həmçinin qabyuyan maşın üçün istifadə edilən yuyucu vasitə də neft məhsuludur və xərçəngə səbəb ola bilər. Nə qədər yusaq da, qalıntılar qalır. Əgər sağlamlığınızı düşünürsünüzsə, yuyucu vasitələrlə yuduğunuz qabları daha sonra sirkə və limonlu su ilə silin.

 

Bu maddələrin bizə zərər vurduğu ən təhlükəli yer xalçadır. Xalça bütün kimyəvi maddələri özünə çəkir. Buna görə onların təmizliyinə xüsusi diqqət edin və qətiyyən yuyucu vasitə ilə təmizləməyin. Onu da həmçinin sirkəli su ilə silin.

 

Yuyucu vasitələrlə bağlı ailem.az-a danışan həkim-kosmetoloq Günay Mikayılova deyir ki, qabyuyan və paltaryuyan vasitələrin hamısının dəriyə mənfi təsiri var: "Bu yuyucu vasitələrin hamısının tərkibi kimyəvi maddələrdən ibarətdir və onların məqsədi də paltarda, yaxud qablarda kirliliyi təmizləməkdir. Kirliliyi təmizləmək üçün həmin kimyəvi maddələrdə ya turşuları, ya qələviləri həll edirlər ki, bu da dəriyə zərər vurur. Dəridə lipid təbəqəni parçalayır, allergik reaksiyaların yaranmasına səbəb ola bilir. Ona görə də bu vasitələrdən istifadə edərkən qoruyucu əlcək taxılması məsləhətdir. Mən məsləhət görürəm ki, qoruyucu əlcəyin altından əllərə nəmləndirici, yaxud yağlı kremlər sürtsünlər. Onun üzərindən bu əlcəkləri taxsınlar”.

 

G. Mikayılova bildirir ki, artıq problem baş veribsə, əllər qaşınır, səpirsə, bunu qətiyyən ev şəraitində müalicə etmək olmaz. Mütləq həkimə müraciət etmək lazımdır: "Burada düzgün müalicə taktikası seçilməlidir. Əgər onlar özbaşına ev şəraitində müəyyən kremlərdən istifadə etməyə başlayacaqlarsa və bunu düzgün etməyəcəklərsə, bu hal daha da ağırlaşa bilər və həkimə müraciət etdikdə müalicə taktikasını seçmək çətin olacaq. Çünki dəri həmin dərmanlara öyrəşir və həkim istədiyi nəticəni əldə edə bilmir.  Buna görə də problem yaranarsa, ilk öncə həkimə müraciət etmək ən doğrusudur”.

 
“Qab yuyarkən mütləq əlcək taxın, yoxsa...” –  DERMATOLOQ XƏBƏRDARLIQ EDİR
“Qab yuyarkən mütləq əlcək taxın, yoxsa...” –  DERMATOLOQ XƏBƏRDARLIQ EDİR