Böyük beynəxalq elmi qrupun yeni tədqiqatı bu mövzunu araşdırıb və maraqlı nəticə əldə edib.
Dünya Səhiyyə Təşkilatının tövsiyyələrinə görə, gündəlik həyatda sağlamlığı qorumaq üçün 18-65 yaş arası insnalar ən azı 150 dəqiqə fiziki aktivlik və ya 70 dəqiqə intensiv fiziki yük və aktivlik göstərməlidir.
Medicina.az xəbər verir ki, alimlər hansl intensivlikdə və müddətdə fiziki aktivliyin insanı xroniki xəstəlik və erkən ölümdən qoruyacağını dəqiqləşdirib.
Norveçin İdman Səhiyyəsi üzrə institutunun alimləri 8 elmi araşdırmanın məlumatlarını incələyib. Tədqiqatlarda iştirak edən insanların gün ərzində aktivliyi biləklərinə bağlanmış xüsusi akselerometrlə onyektiv qiymətləndirilib.
Bu tədqiqatda ümumilikdə 36 min nəfər insan iştirak etmişdi. Müşahidələr isə 6 il aparılıb. Bu illər ərzində bu insanların 2 min nəfəri ölüb.
Alimlər təyin edib ki, erkən ölüm riski gün ərzində 300 dəqiqə fiziki aktivlik olarsa azalır. Bura orta tempdə gəzinti, iş görmək və qabları yumaq da aiddir. Eləcə də 25 dəqiqə intensiv hərəkət – qacış, idman, sürətli gəzmək də eyni effekti verir.
Sutkada 9-12 saat oturaq və uzanan vəziyyətdə gün keçirən insanlarda hər belə saat erkən ölüm riskini artırır.
Alimlər deyir ki, nəsə etmək heç nə etməməkdən daha yaxşıdır. Ona görə, hətta qadınların qab yuması belə onların ömrünü uzadır deyə bilərik. Qab yumaq təkcə qadın işi də deyil. Əgər heç bir işiniz yoxdursa, heç nə etmək istəmirsizsə, heç olmasa ayaq üstə dayanın.