Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Putinin səhhəti ilə bağlı sensasion məlumat: Nitqi tutulur, yaddaşı gedir...

  • 2021.03.11 13:17
  • 2058 Baxış
Putinin səhhəti ilə bağlı sensasion məlumat:  Nitqi tutulur, yaddaşı gedir...

Rusiya Prezidenti Vladimir Putinin səhhəti ilə bağlı sensasion məlumat yayılıb.

Medicina.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, rusiyalı müstəqil şərhçilərin etibarlı mənbə kimi təqdim etdikləri General SVR (Генерал СВР - Xarici Kəşfiyyat Xidməti) Teleqram kanalı Putinin ağır xəstə olduğunu iddia edib.

"General SVR-in məlumatına görə, Putin bəzən əlindəki əşyaların təyinatını unudur və onlarla nə edəcəyini bilmir. Bəzən isə onda hərəkət pozğunluğu müşahidə olunur. Martın 8-də isə təxminən 15 dəqiqə ərzində prezident danışıq qabiliyyətini itirib. Sonra isə heç nə xatırlamadığını bildirib.

Kanal belə bir vəziyyətdə hakimiyyətin ötürülməsinin ləngiməsinin doğurduğu riskin artdığını bildirir. Narahatlıq yalnız prezidentin onkoloji xəstəliyə nə qədər müqavimət göstərə biləcəyi ilə bağlı da deyil...

Qeyd edək ki, bu vaxta qədər Putinin saatlarla davam edən canlı yayımlarında və yaxud konfranslarda bunəbənzər heç bir hadisə baş vermədiyindən, iddianın səhihliyi ciddi şübhə doğurur.