Rusiya Prezindenti Vladimir Putin ətrafındakı əməkdaşlardan bir neçəsinin kovidə yoluxması barədə danışıb.
Təhlükəsizlik xidməti, eləcə də mətbuat xidmətinin bir neçə üzvü yoluxub. Prezident konkret olaraq ad çəkməsə də, protokol əməkdaşlarından bir neçəsini vurğulayıb.
Medicina.az xəvbər verir ki, Putin bu şəxslərlə ünsiyyətdə olub. Ona görə də o fəaliyyətini özünütəcrid şəraitində aparmaq barədə qərar verib.
Əyani olaraq işləmək ölkə rəhbərinin səhhəti üçün təhlükəlidir.
Prezidentin mətbuat xidməti bildrir ki, onun özünün səhhətində yoluxma əlamətləri yoxdur.
Qeyd edək ki. Putin bir neçə ay öncə Sputnik vaksini ilə peyvənd olunub.