Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Pulsuzluq və işsizlik seksual aclıq yaradır

  • 2023.03.02 17:01
  • 2750 Baxış
Pulsuzluq və işsizlik seksual aclıq yaradır

Uzun müddət işsizlik və pulsuzluq çətin ki, gənclərdə müsbət enerji yaratsın. Amerika alimlərinin gəldiyi qənaətə görə, işsizlik və gəlir yerinin olmaması intim münasibətlərin daha da artmasına gətirib çıxardır.


“Medicina” xəbər verir ki, bir oğlanın və ya qızın pulu nə qədər az olsa, cinsi həyatı əksinə rəngarəng olur. Müxtəlif partnyorlarla bir o qədər tez-tez cinsi əlaqədə olurlar və daha az qorunurlar.

Bəs bunu nə ilə izah etmək olar ?

Tədqiqatın müəllifi hesab edir ki, məşğul insanların həyat qrafiki var, o cümlədən onların cinsi həyatı, bir qayda olaraq, plan şəklində qurulub. Bundan əlavə, onlar öz davranışlarına görə daha böyük sosial məsuliyyət hiss edirlər və həyatın mənasını daha aydın şəkildə anlayırlar. İkinci qrupdan insanlar daha az nizamlı davranırlar.

Tədqiqatçı Davis qeyd edir ki, bu cür cinsi fəaliyyətin başqa bir səbəbi gənclərin gələcəkləri ilə bağlı qeyri-müəyyənliyidir. İşsizlər üçün bunu müsbət və sabit bir şey kimi qəbul etmək ehtimalı daha azdır. Beləliklə, onlar nəyin nə olduğunu daha az dərk edə bilirlər .

Günay